Singapore

Biz gələcək futbol ulduzlarını yetişdiririk

“Junior” futbol məktəbində uşaqların inkişafı və onların futbol oynamaq bacarıqlarının təkmilləşdirilməsi üçün bütün şərait yaradılmışdır ki, bu da onlara müxtəlif futbol klublarında öz idman yollarını davam etdirməyə imkan verəcək.

"Junior" Avropa və Rusiyanın aparıcı komandaları ilə əlaqələr qurmuşdur. Biz mütəmadi olaraq öz yetirmələrimizi onların akademiyasına göndəririk. Eyni imkan Sizin uşağınızda da olacaq. Bunun üçün məktəb rəhbərliyinə müraciət etmək yetərlidir.

Baxışa düşmək imkanını əldə etmək üçün şagird öz oyununun videosunu yazmalı, yazını öz filialının menecerinə verməli və seleksiya yığımında iştirak etmək üçün kluba baxışa gəlməyə hazır olmalıdır. Seçimdən müvəffəqiyyətlə keçdikdə, yetirmə futbol klubuna dəvət almaq imkanı əldə edir.